Ana Sayfa > Karusel / Aia TV > "Fədayənin sevdiyi şəxsi kişi hesab etmirəm" - Aktrisa Mələk coşdu

"Fədayənin sevdiyi şəxsi kişi hesab etmirəm" - Aktrisa Mələk coşdu


12-02-2018, 16:40. Yazar: admin
"Fədayənin sevdiyi şəxsi kişi hesab etmirəm" - Aktrisa Mələk coşdu





Dünyanın hansı yerində var ki, avtoritet olan şəxs gedib kişiləri güllələsin sonra da gəlib arvaddan kömək istəsin ...

Caziədar aktrisa Mələk Heydərova hal-hazırda həbsdə olan Fədayə Laçından danışıb. Xəbərçi.az-ın müxbiri ilə söhbəti zamanı aktrisa Fədayə Laçını əsla qınamadığını bildirib:

"Əsla Fədayə xanımı qınamıram, ona pis də deyə bilmərəm. Amma etdiyi hərəkət ağılsızlıqdır. Fədayənin həbsində günahkar onun sevgilisidir. O kişi Fədayə ilə heç bir kontakta keçməli deyildi. Ümumiyyətlə Qoca Fədayənin sevgisinə laiq deyildi. Ona görə yox ki, o cinayətkardır. Ona görə ki, bir kişi olaraq insan sevdiyi xanımı necə oda ata bilərdi ?! Qoca Fədayədən özü ayrılmalı idi, sən məgər bu qədər zəif kişisən ki, qadınından kömək istəyirsən?! Bu hansı kişilikdəndi ?! Məni güllələsələr də, deyəcəm. Dünyanın hansı yerində var ki, avtoritet olan şəxs gedib kişiləri güllələsin sonra da gəlib arvaddan kömək istəsin ... Mənə çatmadı vallah, əlbəttə ki, ağılsızlıq idi. Mənə elə gəlir ki, Fədayəni həbsxanada yatmağından çox, onun kişisinin etdiyi hərəkətdi onu yandıran... Bəlkə Fədayəni də dindirsən deyəcək peşmanam Qocanı sevdiyinə görə ... Qadın kişini niyə sevir ? Kişi ona arxa-dayaq olsun, maddi-mənəvi dəstək olsun, arxasında dursun, əzizləsin, qorusun deyə ... Yoxsa ki, özün bataqlığa gedirsən, səni sevən qadının da ayağından tut özünlə birgə bataqlığa aparmaq nə deməkdir sizcə ?! Fədayənin sevdiyi şəxsi kişi hesab etmirəm".

aia.az
Geri dön