Ana Sayfa > Manşet / Ölkə > Azərbaycanın Həcc kvotası artıb

Azərbaycanın Həcc kvotası artıb


12-02-2018, 11:19. Yazar: admin
Azərbaycanın Həcc kvotası artıb




Bu gün Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir. Ötən il Həcc ziyarətinə gedəcək zəvvarların sayı kvotadan artıq olmuşdu. Belə ki Həccə nəzərdə tutulan kvota 600 nəfər olsa da, ziyarətə 900 azərbaycanlı getmişdi.

Bəs bu il Həcc ziyarəti üçün nə qədər kvota nəzərdə tutulub?


Məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi ilə əlaqə saxlayıb. QMİ-dən bildiriblər ki, kvota ilə əlaqəli dəqiq məlumat verə bilməzlər:

"Bu il ötənilki kimi iki variantda deyil, bir varianta Həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır. Lakin məbləğ manatla deyil, yalnız dollarla qəbul olunur.
Kvotanın ilə bağlı dəqiq məlumat deyə bilmərik. Çünkibununla bağlı müəyyən dəyişmələr ola bilər. Amma kvotanın sayında ötən ilə nisbətən artım var”.


QMİ-dən bildiriblər ki, hər il olduğunu kimi, zəvvarlar yenə də təyyarə ilə Səudiyyə Ərəbistanına yola salınacaqlar.

Qeyd edək ki, Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə xarici pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4 *6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidir.
Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

aia.az
Geri dön