Ana Sayfa > İqtisadiyyat > “Qazprom” Avropanı təhdid edir: Hazırlaşın...
“Qazprom” Avropanı təhdid edir: Hazırlaşın...10-02-2018, 17:09. Yazar: sevinc1 |
2019-cu ildə Rusiya Avropanın qaz bazarında öz payını 40%-ə çatdıra bilər, amma bununla belə AB ölkələri defisitə və yanacaq qiymətlərinin artmasına hazır olmalıdırlar. Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə müsahibəsində “Qazprom” şirkətinin rəhbərinin müavini Aleksandr Medvedyev söyləyib. Onun sözlərinə görə, Avropa, tezliklə, qaz böhranı ilə üz-üzə qalacaq: “Avropanın əlavə qaz tələbatını Rusiyadan kənar mənbələrdən təmin edəcəyi ilə bağlı düşüncələri yanlışdır. ABŞ-dan qaz tədarükü baha olacaq. Üstəlik, bu qaz əsasən Asiyaya gedəcək. Digər tərəfdən, Rusiya Çinə yanacaq ixracatını artırmasına rəğmən, Avropaya lazım olan miqdarda qaz tədarük etməyə hazırdır. Lakin Avropa qərarını indi verməlidir. Biz hətta “Şimal axını 2” və “Türk axını” kəmərlərini istifadəyə versək belə, onların həcmi Avropanı gözləyən defisiti qarşılamağa yardım etməyəcək”. aia.az Geri dön |