Ana Sayfa > İdman > Azərbaycanlı idmançıya 4 illik cəza verildi
Azərbaycanlı idmançıya 4 illik cəza verildi10-02-2018, 15:52. Yazar: sevinc1 |
Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb. AzVision.az Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə həndbol üzrə Azərbaycan millisinin üzvü Səbinə Nuriyevanın dopinq-testi müsbət nəticə verib. 33 yaşlı qapıçıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu üzə çıxıb. Nuriyevanın orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb. Bu səbəbdən AMADA "Azəryol"un həndbolçunu 4 illik müddətə yarışlardan diskvalifikasiya edib. IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Nuriyevanın cəza müddəti ötən ilin 23 oktyabrın hesablanmağa başlayıb və 2021-cu il oktyabrın 23-də bitəcək. Qeyd edək ki, Nuriyevayadək daha 4 idmançımız dopinq-testdə "ilişdiyi" üçün AMADA-nın cəzası ilə üzləşib. aia.az Geri dön |