Ana Sayfa > Karusel / Siyasət > Müsavat seçki qərarını AÇIQLADI
Müsavat seçki qərarını AÇIQLADI10-02-2018, 15:11. Yazar: sevinc1 |
Müsavat Partiyası növbədənkənar seçkilərində iştirak etməyəcək. Bununla bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı Modern.az saytına açıqlama verib. “Bu gün Müsavat Partiyasının növbədənkənar məclisində seçkilər müzakirə edilib. Seçkilərin növbədənkənar keçirilməsi ilə bağlı yaranmış problemlər, o cümlədən Seçki Məcəlləsində dəyişikliklərin edilməsi ilə əlaqəli təkliflərin nəinki qəbul olunması, hətta müzakirə olunması üçün vaxtın qalmaması, beynəlxalq müşahidənin təşkil edilmə imkanlarının aradan qaldırılması, seçici siyahısının dəyişdirilməsinin mümkünsüzlüyü-ümumiyyətlə seçkilərin növbədənkənar keçirilməsinin izah edilməməsi kimi arqumentlər əsas gətirilərək seçki prosesində iştirak etməməyə qərar verdik. A. Hacılı bildirib ki, 1ərar məclis üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilib. “6 nəfər qərarın əleyhinə, 6-sı isə lehinə səs verdi. Nəticə olaraq Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək”. aia.az Geri dön |