Ana Sayfa > Karusel / Cəmiyyət > Polis əməliyat keçirdi - 54 nəfər TUTULDU

Polis əməliyat keçirdi - 54 nəfər TUTULDU


10-02-2018, 10:08. Yazar: sevinc1
Polis əməliyat keçirdi - 54 nəfər TUTULDU


Respublika ərazisində ötən gün ərzində daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si "isti izlər”lə açılıb.

Bu haqda aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd olunur ki, ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

aia.az
Geri dön