Ana Sayfa > Karusel / Dünya > Rusiyada erməni biznesmenin başını kəsiblər

Rusiyada erməni biznesmenin başını kəsiblər


9-02-2018, 17:21. Yazar: admin
Rusiyada erməni biznesmenin başını kəsiblər




Rusyanın Stavropol diyarında erməni biznesmen qətlə yetirilib. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən il itkin düşən 64 yaşlı Qevork Bazinyanın meyiti tapılıb.

“Kommersant” qəzeti hüquq-mühafizə strukturlarındakı mənbəyə istinadən xəbər verir ki, kişinin bədənində işgəncə izləri aşkarlanıb. Qeyd olunub ki, qətli törədən şəxs və ya şəxslər erməni bizensmenin başını kəsiblər. Polislər qətlə yetirilmiş Qevorkun başını tapa bilməyiblər.

Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Erməni biznesmen spirtli içkilərin istehsalı ilə məşğul olub.

aia.az
Geri dön