Ana Sayfa > Ölkə > Prezident pensiyalarla bağlı sərəncam imzaladı

Prezident pensiyalarla bağlı sərəncam imzaladı


9-02-2018, 17:20. Yazar: admin
Prezident pensiyalarla bağlı sərəncam imzaladı




Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

aia.az xəbər verir ki, Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

aia.az
Geri dön