Ana Sayfa > Parlament / Aia TV / Karusel > Daha bir vəzifəli həbs olundu
Daha bir vəzifəli həbs olundu18-11-2015, 15:31. Yazar: admin |
Seyidov barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin daha bir vəzifəli şəxsi həbs edilib. Aia.az xəbər verir ki, APA-nın məlumatına görə, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, dünən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. F. Seyidov və R. Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır. Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Geri dön |