Ana Sayfa > İdman > Qurban Qurbanov köməkçisini “Qarabağ”dan uzaqlaşdırdı

Qurban Qurbanov köməkçisini “Qarabağ”dan uzaqlaşdırdı


8-02-2018, 17:14. Yazar: admin
Qurban Qurbanov köməkçisini “Qarabağ”dan uzaqlaşdırdı




Bir müddətdir “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun köməkçisi vəzifəsində çalışan Namiq Yusifov baş məşqçinin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.



Bildirilir ki, N.Yusifov komandayla birgə Antalyaya təlim-məşq toplanışına gedib. Elə toplanış zamanı da Q.Qurbanov köməkçisini vəzifəsindən uzaqlaşdırıb.



Məsələni “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Modern.az-a açıqlamasında təsdiqləyib:



“Namiq Yusifov bir müddətdir klubumuzda məşqçi kimi fəaliyyət göstərirdi. Amma artıq onun klubumuzla əlaqəsi qalmayıb. Yəni vəzifəsindən kənarlaşdırılıb”.



Qeyd edək ki, Namiq Yusifov 2016-cı ildə futbolçu karyerasını başa vurduqdan sonra “Qarabağ”da məşqçi kimi fəaliyyətə başlamışdı.

aia.az
Geri dön