Ana Sayfa > Cəmiyyət / Manşet / Karusel > Bakı polisi dələduz “general”ı axtarır – FOTO

Bakı polisi dələduz “general”ı axtarır – FOTO


18-11-2015, 13:15. Yazar: admin

O, 100 min manatdan artıq mənimsəməyə yol verib.

Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.

Aia.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.

O xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

Polisdən həmçinin bildirilib ki, M. Nadirov Bakıda “general” ləqəbi ilə tanınır.

Hazırda onn tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Geri dön