Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-3 > Bakı sakinləri kommunal təsərrüfatların işindən razıdırlar
Bakı sakinləri kommunal təsərrüfatların işindən razıdırlar8-02-2018, 11:55. Yazar: admin |
BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev qurumun tabeliyində fəaliyyət göstərən bütün strukturların səmərəli işini təmin edə bilib Bir qayda olaraq, soyuq qış aylarında mənzil-kommunal təsərrüfatlarının işi də xeyli artır və çətinləşir. Etiraf edək ki, soyuq hava şəraiti özü artıq fiziki işi, xüsusən də açıq küçə şəraitində görülməsi tələb olunan işləri xeyli çətinləşdirir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əksər funksiyaları isə, məhz icrası küçədə təmin edilməli olan işlərdən ibarətdir. Xatırladaq ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılmışdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti - əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Göründüyü kimi, bütün bu sadalananlardan yalnız şəhərimizin fəvvarələri qış aylarında xüsusi qulluq tələb etməyə bilərlər. Bunun əvəzində isə, digər sahələrin işi yaz-yay ayları ilə müqayisədə həm artır, həm də çətinləşir. Əlbəttə ki, bütün bu işlərin öhdəsindən layiqli şəkildə gələ bilmək üçün, istənilən qurumun ilk növbədə təcrübəli və səriştəli rəhbərə ehtiyacı vardır. Bu baxımdan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevin də fəaliyyəti xüsusilə qeyd oluna bilər. Məsələ bundadır ki, bu gün Rafael müəllimin rəhbərlik etdiyi departamentin tabeliyində bir çox idarə və müəssisələr fəaliyyət göstərir. Bunlardan Departamentin idarə aparatı, rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstəhsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və digər xidmət sahələrini göstərmək olar. Təsəvvür edin ki, bu qurumlardan hər biri özü-özlüyündə artıq kifayət qədər mürəkkəb struktura və formalaşmış işləmə mexanizmlərinə malik müəssisələrdir. Yəni onların hər birinin ayrı-ayrılıqda idarə olunması artıq böyük səriştə tələb edir. Biz isə, hətta mürəkkəb hava şəraitində belə, bu qurumların işlərini əlaqələndirməkdən, vahid məqsədə nail olmaq üçün onları təşkilatlandırmaq və düzgün yönləndirməkdən danışırıq. Qurumun işi ilə bağlı hazırda cərəyan edən prosesləri müşahidə etməklə gəlinən qənaət isə belədir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev və onun tabeliyində çalışan idarənin əməkdaşları qarşıya qoyulmuş vəzifələrin icrasını yüksək səviyyədə təmin edə bilirlər. aia.az Geri dön |