Ana Sayfa > Təhsil > UTECA-da doktoranturaya qəbul imtahanları keçirilir

UTECA-da doktoranturaya qəbul imtahanları keçirilir


8-02-2018, 11:50. Yazar: admin





Azərbaycan Texnologiya Universitetində (UTECA) doktorantura və dissertanturaya qəbul imtahanları başlayıb. 8 ixtisas üzrə ayrılmış 11 yerə (1 yer elmlər doktoru, 10 yer fəlsəfə doktoru proqramı üçün) ümimilikdə 23 nəfər sənəd verib. Fəlsəfə doktoru proqramı üzrə 10 yerdən 4-ü əyani, 2-i qiyabi doktoranturanın, eləcə də 2-i büdcə hesabına, 2-i isə ödənişli dissertanturanın payına düşür.

Artıq doktoranturaya qəbul üçün ilk yazılı ixtisas imtahanı keçirilib. “Əla” və “Yaxşı” qiymət alanlar fəlsəfə və xarici dil üzrə ikinci və üçüncü imtahanlarda iştirak etmək hüququ qazanıb. Həmçinin dissertanturaya qəbul üçün müsabiqə də artıq baş tutub. İmtahanlarda sənəd vermiş 23 nəfərdən 20-i iştirak edib.

aia.az





Geri dön