Ana Sayfa > Karusel / Cəmiyyət > Sumqayıtda məktəbə gedən şagirdi maşın vurdu

Sumqayıtda məktəbə gedən şagirdi maşın vurdu


8-02-2018, 11:49. Yazar: admin
Sumqayıtda məktəbə gedən şagirdi maşın vurdu


Sumqayıt şəhərində məktəbə gedən 13 yaşlı qızı maşın vurub.

AIA.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2005-ci il təvəllüdlü Məlahət Ceyhun qızı İbrahimova yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.

O, ağır kəllə-beyin travması ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Məktəbin 7-ci sinif şagirdi olan M.İbrahimovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön