Ana Sayfa > Gündəm / Manşet / Karusel > “Aztelekom”un rəhbəri YAP-dakı vəzifəsindən qovuldu

“Aztelekom”un rəhbəri YAP-dakı vəzifəsindən qovuldu


18-11-2015, 13:09. Yazar: admin

Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Məhəmməd Məmmədov Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsindən öz ərizəsi ilə azad olunub.
Aia.az partiyanın saytına istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən «Aztelekom» İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov sözügedən yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib.

Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.
Geri dön