Ana Sayfa > Dünya / Aia TV / Karusel > Rəqsanə villa alması xəbərindən danışdı: Evdi də burada qəbahət nə var ki? - FOTO

Rəqsanə villa alması xəbərindən danışdı: Evdi də burada qəbahət nə var ki? - FOTO


18-11-2015, 13:06. Yazar: admin

“Dizaynı xoşuma gəldi, şəklini paylaşdım”.

Müğənni Rəqsanə İsmayılova ötən gün mediada yer alan yeni villa alması xəbərindən danışdı.

Aia.az xəbər verir ki, ifaçı dünən paylaşdığı fotolardakı villanın ona aid olmadığını yazıb:

“Ay insanlar, bu, mənim evim deyil, beynim getdi. Tanıdığım bir xanımın evidir. Bütün saytlar yazıb ki, Rəqsanənin villasıdır. Soruşun, sonra yazın. Evdi də burada qəbahət nə var ki?”.

Qeyd edək ki, Rəqsanə bir müddət əvvəl bağ evinin tikildiyini deyərək, şəkillərini yaymışdı. Bu da ifaçının son paylaşdığı fotolardan sonra Nardaranda yeni villa alması xəbərinin yayılmasına səbəb olmuşdu.


Rəqsanə villa alması xəbərindən danışdı: Evdi də burada qəbahət nə var ki? - FOTO
Geri dön