Ana Sayfa > Karusel / Ölkə > "Ölkədə bu il 170 xırda təkan qeydə alınıb" - Qurban Yetirmişli
"Ölkədə bu il 170 xırda təkan qeydə alınıb" - Qurban Yetirmişli7-02-2018, 11:13. Yazar: admin |
Cari ilin əvvəlindən bu günə qədər Azərbaycan ərazisində 170 xırda yeraltı təkan qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, ölkədə gün ərzində 6-7 xırda təkan baş verir. "İl ərzində xırda təkanlar çox olur. Bu, onu göstərir ki, parçalanmalar baş verir və enerji boşalması gedir. Narahatçılıq o zaman yaranır ki, vaxtilə güclüzəlzələlər olan zonada seysmik sakitlik yaranıb və heç bir dəyişiklik yoxdur. Bu, daha böyük dəhşətdir, nəinki xırda təkanların olması. İl başlayandan bu günə qədər Azərbaycanda 3 baldan yuxarı 4zəlzələqeydə alınıb”.(azvision.az) aia.az Geri dön |