Ana Sayfa > Karusel / Siyasət > Məzahir Pənahov mətbuata ÇAĞIRIŞ ETDİ

Məzahir Pənahov mətbuata ÇAĞIRIŞ ETDİ


6-02-2018, 17:49. Yazar: admin
Məzahir Pənahov mətbuata ÇAĞIRIŞ ETDİ


“Azərbaycan ictimaiyyəti kifayət qədər savadlı, intellektualdır. Bu il Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Ölkədə bu seçkiyə maraq böyükdür”.

Modernaz-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın növbədənkənar Prezident seçkiləri ilə bağlı keçirilən iclasında deyib.

O bildirib ki, seçkilərdə Seçki Məcəlləsinin və Konstitusiyanın tələblərinə zidd hər hansı hadisə baş verə bilməz:

“Hər hansı problem olarsa, MSK dərhal araşdırma aparacaq. Biz məsələləri daha çox namizədin xeyrinə həll etməyə çalışırıq. Seçkilərə diqqətli yanaşmalıyıq. İnanıram ki, Kütləvi İnformasiya Vasitələri də bu seçkini lazımınca işıqlandıracaq. Media vasitələri millətin avanqard qrupudur. Ölkədə baş verən proseslər onların vasitəsilə işıqlandırılır. Əgər hər hansı media orqanı dövlətə xidmət edirsə, burada problem ola bilməz. Müdaxilə etməyə cəhd edənlər ola bilər. Biz bir yerdə olmalıyıq”.


Məzahir Pənahov onu da deyib ki, Azərbaycanda polis seçkilərə müdaxilə etmir.


O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası hüquq mühafizə orqanları ilə birgə maarifləndirmə işləri həyata keçirib, görülən işlər öz nəticəsini verib.

M.Pənahov bildirib ki, istənilən beynəlxalq təşkilatın nümayəndələri növbədənkənar prezident seçkilərində iştirak edə bilərlər.

MSK sədri qeyd edib ki, sosial şəbəkələr idarəolunmayan sistemə çevrilib: “Burada kimlərinsə vaxtından əvvəl təşviqat aparmaları istisna deyil. Bu da problem yaradır”.

Komissiya sədri qeyd edib ki, namizədlərin qeydə alınması prosesində heç bir problem ola bilməz: “Təqdim olunan sənədlər qaydasındadırsa, burada problemin olması mümkün deyil”.

aia.az
Geri dön