Ana Sayfa > Cəmiyyət > İrandan Azərbaycana alt paltarında heroin keçirən şəxs yaxalandı

İrandan Azərbaycana alt paltarında heroin keçirən şəxs yaxalandı


6-02-2018, 11:10. Yazar: admin
İrandan Azərbaycana alt paltarında heroin keçirən şəxs yaxalandı




İrandan Azərbaycana narkotika keçirən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Qoşa Təpə" Gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, selofana bükülü vəziyyətdə 2 ədəd bükümdə xalis çəkisi 150,764 qram olan narkotik vasitə-heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön