Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda axtarışda olan 17 nəfər saxlanıldı

Azərbaycanda axtarışda olan 17 nəfər saxlanıldı


6-02-2018, 10:58. Yazar: admin
Azərbaycanda axtarışda olan 17 nəfər saxlanıldı




Daxili işlər Nazirliyi fevral ayının 5-dən 6-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən aia.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı "isti izlər”lə açılıb.


Axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

aia.az
Geri dön