Ana Sayfa > Ölkə > “Azərişıq” ASAN xidmət vasitəsi ilə daha bir yenilik etdi
“Azərişıq” ASAN xidmət vasitəsi ilə daha bir yenilik etdi5-02-2018, 16:02. Yazar: admin |
Artıq əhali abonentlər bölgələrdəki bütün ASAN-xidmətlərlər vasitəsi ilə evinə, bağına və ya həyətinə işıq çəkdirə biləcək. Prezident İlham Əliyevin "ASAN xidmət” brendi və "Strateji Yol Xəritəsi”nə uyğun olaraq "Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma işləri davam edir. Belə ki, "Azərişıq” ASC-nin "ASAN” xidmət vasitəsi ilə həyata keçirdiyi xidmətlərin əhatəsi bir qədər də genişləndirilib. Səhmdar Cəmiyyətin "ASAN” xidmət vasitəsi ilə həyata keçirdiyi 10 xidmət arasında əsas yeri və "Doing bisness”in tələblərinə uyğun olaraq xüsusi çəkisi olan "istehlakçıların elektrik təchizatı şəbəkəsinə qoşulması” və ya texniki şərtlərin verilməsi adılandırılan xidmət artıq bütün ölkə üzrə təmin edilməkdədir. Əgər indiyədək əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Quba "ASAN” xidmət və "ASAN” kommunalları vasitəsi ilə həyata keçirilirdisə, indi Gənçə, Sabirabad, Bərdə, Qəbələ və Massallı rayonlarında fəaliyyət göstərən bütün "ASAN” xidmət və "ASAN” kommunal vasitəsi ilə bölgələrdəki insanlar evinə, bağına, yaxud həyətinə işıq çəkdirə biləcəklər. Eyni zamanda "Doing bisness”in qiymətləndirmə tələblərində başlıca yer tutan sahibkarların daha asan və sadə yolla elektrik şəbəkəsinə qoşulması istiqamətində də ciddi addımalar atılır. Artıq paytaxtdakı "ASAN” kommunal mərkəzlərindən əlavə Sumqayıt, Gəncə və Quba "ASAN” kommunal mərkəzlərində də 150 kVt-a qədər qeyri-əhali abonentlərin tikinti, ticarət, iaşə və digər obyektlərinə işıq çəkdirə bilirlər. Ən qısa vaxtda 150 kVt-a qədər qeyri-əhali abonentlərin obyektlərinə işıq çəkilmə prosesinin digər rayonlardakı "ASAN” xidmət mərkəzlərini əhatə edəcəyi gözlənilir. Bununla bağlı tezliklə yeniliklər olacaq və dərhal ictimaiyyət məlumatlandırılacaq. Başqa bir yenilik isə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulma preosesinin daha sadə və çevik formada aparılmasının "Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən həyata keçirilməsi və bunun bölgələrdə də tətbiqidir. aia.az Geri dön |