Ana Sayfa > Manşet / Siyasət > Prezident: “Həmkarlar ittifaqları fəaliyyətini genişləndirməlidir”

Prezident: “Həmkarlar ittifaqları fəaliyyətini genişləndirməlidir”


5-02-2018, 10:51. Yazar: admin
Prezident: “Həmkarlar ittifaqları fəaliyyətini genişləndirməlidir”





Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayının iştirakçılarına təbrik məktubu göndərib.

aia.az-ın məlumatına görə, qurultayda təbrik məktubunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub. Dövlət başçısı həmkarlar İttifaqları müstəqillik illərində böyük inkişaf yolu keçdiyini bildirib.

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının qorunmasında böyük rol oynayır. Hökumət əmək hüquqlarının tənzimlənməsində, sosial məsələlərin həllində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Həmkarlar ittifaqlarının öz işlərini müasir dövrün tələblərinə uyğun qurması üçün şərait yaradılıb".

Ölkə başçısı İlham Əliyev qeyd edib ki, görülən işlər yoxsulluğun və işsizliyin aşağı səviyyəyə salınmasına imkan yaradıb.

"Aparılmış islahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çoxlu iş yeri açılır. Əldə olunan bu uğurlar əhalinin sosial hüquqlarının qorunması, ictimai həmrəyliyin yüksəldilməsi baxımından həmkarlar ittifaqlarının rolunu artırır. Həmkarlar ittifaqları müxtəlif sahələrdəki təşkilatlarda fəaliyyətini genişləndirməli, işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır. İnanıram ki, bu qurultay həmkarlar ittifaqlarının fəaliyyətinə mühüm töhfə verəcək".

aia.az
Geri dön