Ana Sayfa > Parlament > Şəmkirdə 24 yaşlı gəncin asılmış meyiti tapıldı
Şəmkirdə 24 yaşlı gəncin asılmış meyiti tapıldı5-02-2018, 10:44. Yazar: admin |
Şəmkir rayonunda intihar hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Könüllü kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədov Tural Ələddin oğlu özünü yaşadığı evdə asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. aia.az Geri dön |