Ana Sayfa > Karusel / Parlament > DİN əməliyyat keçirdi, 51 nəfər tutuldu
DİN əməliyyat keçirdi, 51 nəfər tutuldu5-02-2018, 10:39. Yazar: admin |
Fevralın 3-dən 5-dək respublikanın daxili işlər orqanları tərəfindən 177 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, onların 39-u "isti izlər"lə açılıb. Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. aia.az Geri dön |