Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Azercell internet şəbəkəsində yaranmış problemlərə aydınlıq gətirdi
Azercell internet şəbəkəsində yaranmış problemlərə aydınlıq gətirdi17-11-2015, 17:45. Yazar: admin |
Şirkət nümayəndəsi açıqlama verdi. Azərbaycanda son iki gündə internet şəbəkəsində yaranan problem əsas internet provayderləri ilə yanaşı mobil operatorların da fəaliyyətinə təsir göstərib. Oxu.Az xəbər verir ki, dünən Delta Telecom-da baş vermiş yanğın nəticəsində ölkənin ən böyük mobil operatorlarından olan Azercell-in abunəçiləri də mobil internetə çıxışdan məhrum olublar. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azercell-in korporativ əlaqələr üzrə eksperti Günay Məmmədli bildirib ki, Azercell ilkin provayder olaraq Delta Telecom-un xidmətlərindən istifadə edir. “Texniki nasazlıq da Delta Telecom-un şəbəkəsi ilə bağlı idi”, - deyə, şirkət rəsmisi qeyd edib. Geri dön |