Ana Sayfa > Gündəm > Əfv Komissiyasının iclası keçirildi: 100-dən çox müraciətə baxıldı
Əfv Komissiyasının iclası keçirildi: 100-dən çox müraciətə baxıldı2-02-2018, 17:06. Yazar: admin |
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, iclasda 100-dən çox müraciətə baxılıb. Ə.Nuriyev qeyd edib ki, müraciətlərin əksəriyyətinə müsbət rəy verilib. Xatırladaq ki, komissiyanın keçirilən iki iclasında 200-dən çox müraciətə baxılıb. Ümumilikdə isə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub. Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir. aia.az Geri dön |