Ana Sayfa > Karusel / Cəmiyyət > Qısqanclığa qurban gedən oğlanın daha övladı olmayacaq

Qısqanclığa qurban gedən oğlanın daha övladı olmayacaq


2-02-2018, 15:00. Yazar: admin
Qısqanclığa qurban gedən oğlanın daha övladı olmayacaq




Ötən gün Qazaxstanda baş verən qəribə olay barədə məlumat vermişdik. Hadisənin təfərrüatı bilinib və oğlanın fotosu yayılıb. Zhanna Nurzhanova (Canna Nurcanova) adlı 36 yaşlı qısqanc qadın sevgilisini yuxu dərmanı ilə yatdırıb, sonra da cinsiyyət orqanını kəsib. O, tibbi bıçaqdan istifadə edib. Qadın kişini bədbəxt etməzdən öncə onun qasıq hissəsinə narkoz da vurub. Bu da qadının əvvəldən əməliyyat barədə məlumat topladığı şübhəsini ağıllara gətirib. Belə ki, adı açıqlanmayan oğlana bacısı qızı şəkli göndərib. Oğlan isə ona qızın baxışlarının gözəl olduğunu söyləyib. Bunu görən C.Nurcanova yuxu dərmanı ilə sevgilisini yatdırıb, kişilik orqanını kəsib. Gözəllik salonunda işləyən qadın sevgilisinin orqanını kəsdikdən sonra onu xəstəxanaya aparıb. Xəstəxanadan polisə məlumat verilib. Qadın tutulub. O, qısqanclığa görə belə hərəkət etdiyini etiraf edib. Qadın 10 il müddətinə azadlıqdan məhrum edilib.

Oğlanın vəziyyəti normallaşıb. Həkimlərin dediyinə görə onun daha övladı olmasa da, intim münasibətdə ola biləcək. Onun adı R.Suleymanovdur. Milli.az

aia.az
Geri dön