Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıdakı yanğında 10 nəfər xilas edilib - Yenilənib

Bakıdakı yanğında 10 nəfər xilas edilib - Yenilənib


2-02-2018, 12:03. Yazar: admin
Bakıdakı yanğında 10 nəfər xilas edilib - Yenilənib




Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

aia.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən,Bakışəhəri, Nərimanov rayonunda çoxmərtəbəli binanın damında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

aia.az
Geri dön