Ana Sayfa > Karusel / Aia TV > Nazpəri: “İlhamə Quliyeva yuxuma girdi, məndən halallıq istədi”
Nazpəri: “İlhamə Quliyeva yuxuma girdi, məndən halallıq istədi”2-02-2018, 11:04. Yazar: admin |
Xalq artisti Nazpəri Dostəliyeva “Hər şey daxil” verilişinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, müğənni illərdir ki, küsülü olduğu mərhum xalq artisti İlhamə Quliyeva barədə açıqlama verib. Dostəliyeva həmkarının yuxusuna girdiyini, ondan halallıq istədiyini bildirib: “Bu xanımla bağlı mənə çox suallar veriblər, cavab verməmişəm. Özümə yaraşdırmıram ki, dünyasını dəyişmiş insan haqqında danışım. Öləndən sonra üç gün yuxuma girdi. Dili ilə dedi ki, mənə hallalıq ver. Başımı bağlayıb Allaha dua etdim. Örpəyi atıb yasin sürəsi oxudum. Ola bilsin ki, kənardan məni fərqli görə bilərlər. Amma ürəyim çox yumşaqdır. Məhz bu xarakterimə görə problem yaşamışam. Bu yuxunu heç kimə danışmamışam. İdeal insan deyilik, səhv addım da atırıq. Bu o demək deyil ki, ölən insanların haqqında danışasan”. aia.az Geri dön |