Ana Sayfa > Manşet / Dünya > “Zeytun budağı” əməliyyatı ilə 811 terrorçu məhv edilib

“Zeytun budağı” əməliyyatı ilə 811 terrorçu məhv edilib


2-02-2018, 09:44. Yazar: admin
“Zeytun budağı” əməliyyatı ilə 811 terrorçu məhv edilib




Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı” əməliyyatının başlanmasından ötən müddət ərzində öldürülən terrorçuların sayını açıqlayıb.aia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri (TSQ) məlumat yayıb.

Məlumata görə, indiyədək 811-ə terrorçu zərərsizləşdirilib: "Bundan əlavə, Türkiyə qırıcıların terrorçulara məxsus 14 hədəfi məhv edib. Əməliyyatın planlaşdırılması zamanı terrorçulara aid mağara, sığınacaq, hərbi texnikalar, atəş mövqeləri məhv edilib. Əməliyyatların icrası zamanı mülki şəxslər və onlara məxsus yaşayış yerlərinə zərər dəyməməsi üçün son dərəcə həssaslıq göstərilir”.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı” əməliyyatına başlayıb.

aia.az
Geri dön