Ana Sayfa > Gündəm / Manşet / Karusel > SON PƏRDƏ: prokuror Aytacın qatilinə ən ağır cəzanı istədi

SON PƏRDƏ: prokuror Aytacın qatilinə ən ağır cəzanı istədi


17-11-2015, 16:47. Yazar: admin
SON PƏRDƏ: prokuror Aytacın qatilinə ən ağır cəzanı istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə A.Babayevanın anası İ.Hüseynova ömürlük həbs cəzası verilməsini istəyib.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Məhkəmənin növbəti prosesi noyabrın 20-də keçiriləcək.
Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.
Geri dön