Ana Sayfa > Karusel / Ölkə > Naxçıvan “Gənclər paytaxtı” seçildi

Naxçıvan “Gənclər paytaxtı” seçildi


1-02-2018, 12:26. Yazar: admin
Naxçıvan “Gənclər paytaxtı” seçildi




Gənclər və İdman Nazirliyi tərəfindən internet vasitəsi ilə keçirilən səsvermə nəticəsində Naxçıvan “Gənclər paytaxtı” seçilib.

aia.az xəbər verir ki, yanvarın 25-dən başlayan onlayn səsvermə dünən gecə yarısına qədər davam edib. Naxçıvan şəhəri səslərin 30 faizini toplayaraq birinci olub.

Qeyd edək ki, 2012-ci ildən mütəmadi olaraq hər il keçirilən Gənclər Paytaxtı internet səsverməsi nəticəsində Gəncə (2012-ci il), Biləsuvar (2013-cü il), Quba (2014-cü il), İsmayıllı (2015-ci il), Şəmkir (2016-cı il), Balakən (2017) Gənclər paytaxtı adına layiq görülüblər. Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib.

aia.az
Geri dön