Ana Sayfa > Manşet / Siyasət > Deputat qum-çınqıldan danışdı, spiker irad tutdu
Deputat qum-çınqıldan danışdı, spiker irad tutdu1-02-2018, 12:06. Yazar: admin |
"Azərbaycada çay kənarlarındakı qum, çınqıl daşınır. Kim düşünürsə ki, qum, çınqıl balaca varlıqdır, onlar yanlışdır, bunlardan milyonlar qazananlar var. Buna qarşı cərimə cəmi 12 min manatdan ibarətdir. Cəriməni artırmaq lazımdır”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. Deputat bildirib ki, çayların özəl sahibi yoxdur, indi Misir dövrü deyil ki, kimsə çayı hissə-hissə bölüb fironluq etsin: "Hökumət tərəfindən ciddi hesabatlar hazırlanıb. Fövqəladə Hallar Nazirliyi bu məsələyə ciddi dirəniş göstərir. Görünür, ayrı-ayrı qüvvələr özünü toxunulmaz hiss edir. Milli Məclisdə bununla bağlı məsələyə baxmaq lazımdır”. Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca cavab verib: "Biz hər məsələni qanunla bağlayırıq. Düzdür, Milli Məclis qanunlar qəbul edir, dəyişikliklər edir. Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin öz funksiyası var. Qanunvericiliyin də öz istiqaməti var. Yəni hər funksiyanı Milli Məclisin üzərinə qoymaq olmaz”.(azvision.az) aia.az Geri dön |