Ana Sayfa > Siyasət > “Əli Kərimli gənclərimizi zəhərləyib tora salır”

“Əli Kərimli gənclərimizi zəhərləyib tora salır”


31-01-2018, 17:27. Yazar: admin
“Əli Kərimli gənclərimizi zəhərləyib tora salır”


"Əli Kərimli sosial şəbəkələr vasitəsilə gənclərimizi zəhərləyir, toruna salır". Bunu politoloq Ramiz Alıyev deyib. Onun sözlərinə görə, Əli kərimli öz ətrafında olan bir qrup gəncdən sosial şəbəkələr vasitəsilə hazırki hakimiyyəti və hakimiyyətdə təmsil olunan yüksək çinli məmurlarımızı təhqir və bəzi hallarda da heç bir etikaya sığmayacaq dərəcədə söyüşlər yazdırır: "Bundan da irəli gedərək onlardan Azərbaycan Respublikasının qanunlarını qəsdən pozulmasını tələb edir. Gənclərə müxtəlif şirnikləndirici vədlər verərək sosial şəbəkələrdə iqtidar gəncləri ilə həmin gənclərin qarşıdurmasını yaradır. Məqsəd budur ki, Əli Kərimli öz xarici himayədarlarından tapşırıq alıb ki, bu cür gedişlər edərək bəzi gənclər qanunlarımıza zidd hərəkət etsin və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin gəncləri dəvət edib qanunlarımıza zidd hərəkət etdiklərini onlara xatırlatmalı olsunlar və bu məqamdan da Əli Kərimli yararlanıb "siyasi məhbus" oyunundan məharətlə istifadə etsin. Bu cür gənclərimiz anlamalı, bilməlidir ki, Əli Kərimli o gənclərdən öz mənafeyi üçün istifadə edir. Niyə ona sual verilmir ki, Əli Kərimlinin öz oğlu hardadı? Niyə həmin o sosial şəbəkələrdə Əli Kərimlinin tapşırığı ilə qanunlarımıza zidd hərəkətlərlə məşğul olan gənclərin yanında deyil? Çünki bu insana öz mənafeyi lazımdır və bu mənafeyə qurban gedən gənclər lazımdır".

aia.az
Geri dön