Ana Sayfa > Siyasət > Adil Əliyev: “Rəsulzadə ilə qürur duymamaq mümkün deyil”

Adil Əliyev: “Rəsulzadə ilə qürur duymamaq mümkün deyil”


31-01-2018, 16:37. Yazar: admin
Adil Əliyev: “Rəsulzadə ilə qürur duymamaq mümkün deyil”



“Bu gün böyük dövlət xadimimiz Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. M.Ə.Rəsulzadə milli ideologiyamızın formalaşmasında, milli dövlətçiliyimizin qurulmasında əvəzsiz işlər görmüş tarixi şəxsiyyətlərimizdən biridir”.


Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Adil Əliyev 31 yanvarda doğum tarixi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin öndərlərindən biri M.Ə.Rəsulzadə haqqında deyib.


“Bütün həyatını Azərbaycana bağlayan və onun uğrunda mübarizəyə həsr edən belə bir şəxsiyyətlə qürur duymamaq mümkün deyil. Ümumiyyətlə, Cümhuriyyəti quran görkəmli şəxsiyyətlərimiz daim hörmət və sevgi ilə yad edilməlidirlər. Onlar yoxdan bir dövlət qurub, Azərbaycanı beynəlxalq areanda hüquqi-siyasi varlığını ortaya qoydular.
23 ay ərzində Rəsulzadə başda olmaqla, bütün silahdaşları var gücləri ilə müstəqil Azərbaycan qurmaq üçün mübarizə aparırdılar. İstər Rəsulzadə, istərsə də digər görkəmli xadimlərimizi diqqətdə saxlamalıyıq ki, gənc nəsil onların həyat və fəaliyyətlərindən bəhrələnsinlər. Bu həm də dövlətimizin daha da güclənməsinə təsir göstərməklə yanaşı, gənclərimizin milli vətənpərvər ruhda yetişməsinə səbəb olar. Bu il AXC-nin 100 illiyi qeyd ediləcək. Artıq Prezident İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu həm tariximizə, həm də milli dəyərlərimizə verilən yüksək qiymətdir”,-deyə Adil Əliyev bildirib.

aia.az
Geri dön