Ana Sayfa > Karusel / Aia TV > Ögey qızı məşhur rejissordan intiqamını aldı - Zorlamaq istəmişdi

Ögey qızı məşhur rejissordan intiqamını aldı - Zorlamaq istəmişdi


31-01-2018, 16:11. Yazar: admin
Ögey qızı məşhur rejissordan intiqamını aldı - Zorlamaq istəmişdi


Amerikalı rejissor Vudi Allenin ögey qızı Dilan Ferrou müzakirələrə səbəb olan daha bir açıqlama verib.

AİA.Az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı Ferrou illər əvvəl yaşanan hadisəni yenidən gündəmə gətirib.

O, “Atam 7 yaşım olanda məni zorlamaq istədi. İllər sonra bu məsələni qabartdım. Onunla bağlı bir ölçü götürülmədi”- deyib.

Sözügedən açıqlamadan sonra 82 yaşlı rejissorun yeni çəkdiyi “Rainy day in New -York” filminin sponsoru olan Amazon şirkəti layihədən geri çəkilib.

Bundan əlavə, filmin çəkilişlərinin başa çatması və premyerasının olması sual altındadır.

Qeyd edək ki, Vudi Allen övladlığa götürdüyü Soon-Yi Previnlə evlənib.

Geri dön