Ana Sayfa > İdman > Füzuli Musayevdən deputatın “idmançılar genetik analizdən keçməlidir” təklifinə REAKSİYA
Füzuli Musayevdən deputatın “idmançılar genetik analizdən keçməlidir” təklifinə REAKSİYA31-01-2018, 13:33. Yazar: admin |
Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı, Rəşad Mahmudov Modern.az- a müsahibəsində deyib ki, Avropada kimsə uşaq yaşlarından idmançı həyatına başlayırsa, o xüsusi analizlərdən keçirilir və genetik analizlər aparılır. Bəs görəsən Azərbaycanda vəziyyət necədir? Uşaq yaşından idmanla məşğul olanlara hansısa analizlər aparılırmı? Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev deyib ki, Azərbaycanda da professional idmana hazırlaşanların uşaq yaşlarından o xüsusi analizlərdən keçirilməsi arzu olunandır. “Avropalıllarla bizimkiləri götürsək görərik ki, çox fərqli cəhətlərimiz var. Fərz edək ki, hansısa uşağın gələcəyini professional idmançı görürsən. Mütəxəssislər müəyyənləşdirirlər ki, o hansı idman növü ilə məşğul olsa gələcəkdə professional idmançı olsun. Amma mənim fikrimcə idmançıların sağlamlığı xüsusi olaraq yoxlanılmamalıdır. Çünki bütün insanlar sağlamlığınına xüsusi diqqət etməlidir, idmançı olub- olmamağından asılı olmayaraq. Amma idmanla məşğul olmaq istəyənlərə uşaqlıqdan istiqamət vermək daha yaxşıdır. Mənim özüm karatedən dərs deyirəm. Yanıma gələn uşaqların xarici görünüşünə baxıram, ona bir neçə sual verirəm ki, görüm marağı nədir. Təbii ki, hər bir uşaq yaxşı döyüşmək istədiyini deyir. Bir müddət sonra uşaqlarda müəyyənləşir ki, bu gələcəkdə yaxşı idmançı olacaq ya yox. Tanınmış karateçi, Azərbaycanın bayrağını yüksəklərə qaldıran Rəfael Ağayev 8-9 yaşından mənim yanıma gəlib. O mənim yanıma gəlməmişdən əvvəl Sumqayıtda idmanla məşğul olub. Mən onun ilk addımlarından hiss etdim ki, o gələcəyin parlaq idmançılarından ola bilər”. O bildirib ki, Azərbaycanda uşaqlarını idmana qoymaq istəyən valideynlər bəzi səhvlər edir. “Bir də görürsən valideynlər uşaqlarını 4-5 yaşında gətirirlər ki, idmanla məşğul olsun. Mən heç vaxt o yaşda uşaqları qəbul etmirəm. 4-5 yaşından idmanla məşğul olmaq düzgün deyil. Onlar sadəcə üzgüçülük, gimnastika kimi idman növləri ilə məşğul olmalıdır. Bu onların bədəninin düzgün formalaşmasına istiqamət verəcək. 7 yaşından sonra hansı idman növünü seçərsə onun üzərində çalışmaq olar”. aia.az Geri dön |