Ana Sayfa > Karusel / Dünya > Xüsusi təyinatlılar sərhədə yeridildi

Xüsusi təyinatlılar sərhədə yeridildi


31-01-2018, 10:50. Yazar: admin
Xüsusi təyinatlılar sərhədə yeridildi




Türk ordusu və ASO "Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin Raco mahalında məskunlaşma ərazisində keçiriləcək ilk əməliyyata başlayacaq. Bununla bağlı "Vətən” qəzeti informasiya yayıb.

Məlumata görə, Raco yaxınlığında ağır itkilər verərək strateji yüksəkliklərə nəzarəti itirən terrorçular mərkəzə çəkilərək mülki insanlardan qalxan olaraq istifadə etməyə başlayıb. Bunun qarşısını almaq üçün hazırlıqlar aparan türk ordusu və ASO əraziyə çoxlu canlı qüvvə və hərbi texnika göndərib.

Raco bölgəsində əməliyyat başlayacağı halda terrorla mübarizə sahəsində kifayət qədər təcrübəyə malik olan xüsusi təyinatlı polis və jandarm qüvvələri də müdaxilə üçün sərhəddə hazır vəziyyətdə gözlədilir.


aia.az
Geri dön