Ana Sayfa > Karusel / Gündəm > Əfv Komissiyası toplandı - 1000-ə yaxın müraciət daxil olub

Əfv Komissiyası toplandı - 1000-ə yaxın müraciət daxil olub


30-01-2018, 18:09. Yazar: admin
Əfv Komissiyası toplandı - 1000-ə yaxın müraciət daxil olub




Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.



Komissiyanın üzvü Rəşad Məcid Modern.az-a bildirib ki, komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub.

“İclasda isə müraciətlərlə bağlı ümumi müzakirə aparıldı”.

Toplantıda 100-ə yaxın müraciətə baxılıb.



Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi də istisna deyil.

aia.az
Geri dön