Ana Sayfa > Karusel / Aia TV > Günay Musayeva sevgili xəbərinə aydınlıq gətirdi

Günay Musayeva sevgili xəbərinə aydınlıq gətirdi


30-01-2018, 16:37. Yazar: admin







Xəbər verdiyimiz kimi Türkiyədə fəaliyyət göstərən məşhur azərbaycanlı model Günay Musayevanın sevgilisi deyilən rejissor Hürriyet Berkay İnanla şəkli ötən gün yerli mediada yayılmışdır.



aia.az məsələ ilə bağlı hazırda Türkiyədə olan Günay Musayeva ilə əlaqə saxlayıb. O, bu sevgili xəbəri əsassız olduğunu gülərək qarşılayıb.


“Hürriyet Berkay İnan, mənim sevgilim deyil. Mənim ən yaxın dostlarımdan biridir. Özüdə onun 24 yox, 30 yaşı var. Jurnalistlər birinci dəfə deyil mənim haqda bu cür şayiələr yazır. Dostlarımla şəkillərimi götürüb sevgililərim kimi qələmə verirlər. Jurnalistlərdən xahiş edirəm ki, belə bir xəbər yazarkən dəqiqləşdirsinlər”.,- deyə model bildirib.

aia.az
Geri dön