Ana Sayfa > Manşet / İqtisadiyyat > Aydın Əliyev şok rəqəmlər açıqladı

Aydın Əliyev şok rəqəmlər açıqladı


30-01-2018, 11:59. Yazar: admin
Aydın Əliyev şok rəqəmlər açıqladı


““Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1599205 ABŞ dolları, 152685 avro, 5000 funt sterlinq, 22.241.884 rus rublu, 64677 Azərbaycan manatı, 806610 manat dəyərində 14073 qram qızıl, 239853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68398 manat dəyərində 49045 qram gümüş, 150346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev “Xalq” qəzetinə Azərbaycan Gömrük Xidmətinin yaradılmasının 26 illiyi münasibətilə yazdığı hesabat məqaləsində bildirib.

Məqalədə həmçinin qeyd olunur ki, ötən il Azərbaycanın gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 8819 hüquqpozma faktı aşkar edilib.

2017-ci ildə hüquqpozma faktlarından 703-ü cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 8 milyon 320 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 764 nəfərin (611 Azərbaycan vətəndaşı, 153 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.
Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2017-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 210 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 2 ton 714 kq 962 qram narkotik vasitələr və onların xammalı, psixotrop maddələr və onların hazırlanmasında istifadə olunan prekursorlar: 100 kq 517 qram heroin, 13 kq 714 qram həşiş, 20 kq 248 qram marixuana, 83,502 qram metadon, 16 kq 675 qram tiryək, 1,8 qram brotizolam, 0,2 qram fenazepam, 12,81 qram MDMA, 0,34 qram metilendioksiamfetamin, 3 qram zolpidem, 5,727 qram alprazolam, 19,85 qram diazepam, 130 qram fenobarbital, 12,525 qram klonazepam, 970 qram metamfetamin, 7,5 qram xlordiazepoksid, 5 kq 516 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

2017-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 232 nəfər: 197-si kişi və 35-i qadın olmaqla 180 nəfər Azərbaycan vətəndaşı və 52 nəfər əcnəbi (39 İran, 5 Rusiya, 2 Türkiyə, 3 Gürcüstan, 1 Qazaxıstan, 1 Hindistan və 1 Əfqanıstan vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 16 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər. 2017-ci il ərzində 56 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.

2017-ci il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş 8116 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 199 hüquqi şəxs (o cümlədən 70 xarici hüquqi şəxs) və 7924 fiziki şəxs (o cümlədən 3853 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 603 manat cərimə tətbiq olunmaqla, dəyəri 212 min 468 manat olan mallar müsadirə edilib.
Geri dön