Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladı

Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladı


17-11-2015, 11:44. Yazar: admin
Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladı
Hesabat dövründə vergi orqanları tərəfindən 500-dən çox vətəndaş qəbul edilib



2015-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 10250 müraciət daxil olub ki, bunlardan da 95,8%-i ərizə, 4%-i şikayət, 0,2% təklifdir.

Aia.az Vergilər Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 45,8%-i kameral vergi yoxlamaları, 6,6%-i vergi borcları, 1,7%-i operativ vergi nəzarəti, 1,6%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,7%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 41,85%-i digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 51,9%-i müsbət həll olunub, 15,3%-i barədə müvafiq izahatlar verilib, 2,3%-i əsassız sayılıb, 0,4%-i qismən həll edilib, 0,4%-i aidiyyəti üzrə göndərilib, 29,7%-i isə icradadır.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 501 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilmiş və ya müvafiq izahatlar verilib.
Geri dön