Ana Sayfa > Parlament > FHN: Qaz partlayışı barədə məlumat doğru deyil, məişət tullantıları yanıb
FHN: Qaz partlayışı barədə məlumat doğru deyil, məişət tullantıları yanıb29-01-2018, 17:23. Yazar: admin |
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış pilləkan qəfəsində məişət tullantıları 5 kv.m sahədə yanıb. Binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. aia.az Geri dön |