Ana Sayfa > Siyasət > Xameneyinin baş müşaviri: ABŞ Suriyanı Fəratın şərqindən bölmək istəyir
Xameneyinin baş müşaviri: ABŞ Suriyanı Fəratın şərqindən bölmək istəyir29-01-2018, 17:22. Yazar: admin |
ABŞ Suriyanı Fərat çayının şərqindən bölmək istəyir. Trend-in məlumatına görə, bunu İranın ali lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti BMT-nin İraqdakı təmsilçisi Yan Kubişlə görüşündən sonra mətbuat konfransında deyib. Ə.Ə.Vilayəti qeyd edib ki, Vaşinqton nəzarətindəki terrorçu qruplarla birgə Fəratın şərqində dövlət qurmaq üçün hərəkata keçib: "Lakin ABŞ və müttəfiqləri bölgədə əvvəlki qədər güclü deyil. Region xalqları Pentaqonun planlarının həyata keçməsinə imkan verməyəcək". Tehranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini deyən baş müşavir ABŞ-n ssenarilərinin bitmədiyini vurğulayıb və İsraillə Səudiyyə Ərəbistanının da "parçalanmış Suriya" layihəsini dəstəklədiyini ifadə edib. aia.az Geri dön |