Ana Sayfa > Karusel / Ölkə > Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə xəbərdarlıq etdi
Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə xəbərdarlıq etdi29-01-2018, 12:40. Yazar: admin |
Bölgələrdə məhsul yığımından sonra əkin sahələrinin yandırılması halları ilə tez-tez rastlaşırıq. Bəzi torpaq mülkiyyətçiləri xüsusilə taxıl yığımından sonra əkin sahəsinin yandırılması ilə torpağın münbitliyinin yaxşılaşacağını düşünürlər. Bunu Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər. Xəbərdə deyilir ki, əkin sahələrinin yandırılması kənd təsərrüfatına yararlı torpaqlar üçün deyil, həm də ətraf mühitə, insan həyatına ciddi təhlükə yaradır. “Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqda baş verən təbii bərpa və münbitləşmə prosesi, eləcə də qida maddələrinin balansı pozulur, torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür”, - nazirlikdən əlavə ediblər. Nazirlikdən qeyd ediblər ki, xəbərdarlığa baxmayaraq əkin sahəsini yandıran torpaq sahibləri üçün cəza müəyyənləşdirilib. Belə ki, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə olunur. Ülviyyə Geri dön |