Ana Sayfa > Manşet / Gündəm > İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək - YENİLƏNİB
İraq və Suriyada olan 19 azərbaycanlı uşaq Bakıya gətiriləcək - YENİLƏNİB29-01-2018, 11:57. Yazar: admin |
İraq və Suriyada olan 19 azərbaycanlı uşaq bu yaxınlarda Azərbaycana gətiriləcək. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib. O bildirib ki, onların gətirilməsi ilə bağlı texniki məsələlər artıq öz həllini tapıb. S.Heydərovun sözlərinə görə, hazırda Suriya və İraqda 300-dən çox azərbaycanlı qadın və uşagın olması barədə məlumatlar var, ancaq bu, dəqiq rəqəm deyil: "Onların dəqiq sayının müəyyənləşdirilməsi və ölkəyə gətirilməsi istiqamətində işlər aparılır". aia.az Geri dön |