Ana Sayfa > Manşet / Dünya > Əhalisi ən çox azalacaq ölkələr - BMT AÇIQLADI

Əhalisi ən çox azalacaq ölkələr - BMT AÇIQLADI


26-01-2018, 17:32. Yazar: admin
Əhalisi ən çox azalacaq ölkələr - BMT AÇIQLADI


2050-ci ilə qədər əhalisi ən çox azalacaq ölkələrin adı açıqlanıb.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının proqnozuna görə, sakinləri ən çox azalacaq ölkələr sırasına Serbiya, Bolqarıstan, Ukrayna, Rumıniya, Moldova, Latviya, Litva və Xorvatiya daxildir.

Hesabata əsasən, 2017-ci ildə dünya əhalisinin sayı 7,6 milyarda çatıb. Hər il dünya əhalisi 83 milyon nəfər artır.

2017-ci ildə 7 milyon vətəndaşı olan Bolqarıstanın 2050-ci ildə əhalisinin 5,4 milyon nəfərə, Latviyada 1,9 milyondan 1,5 milyona, Litva üçün isə 2,8 milyondan 2,4 milyon nəfərə azalacağı gözlənilir.

Polşa hazırkı 38,1 milyondan 32,3 milyona, Rumıniya 19,6 milyondan 16,3 milyona, Serbiya 8,7 milyondan 7,4 milyona və Ukrayna isə 41,2 milyondan 36,4 milyon nəfərə qədər azalacaq.


BMT-nin hesablamalarına görə, Rusiya əhalisi 2017-ci ildəki 143,9 milyon nəfərdən 2050-ci ildə 132,7 milyon nəfər qədər azalacaq.

aia.az
Geri dön