Ana Sayfa > Aia TV > Renkalı duet -Foto

Renkalı duet -Foto


26-01-2018, 14:13. Yazar: admin





Oriyental rəqqasələr arasında peşəkarlığı ilə seçilən Renka peşakər darbuka və davul ifaçısı Sultanhüseyn Rzayev ilə bu ilin ilk layihəsini təqdim edib.

aia.az-ın məlumatına görə, musiqisi Alafsar Rəhimov və aranjimanı Rabil Səfərliyə məxsus ritmik kompozisiya “My heart beat” adlanır.

Sultanhüseyn davul ifaçının müşayiəti ilə ərsəyə gələn kompozisiyadan danışan Renka bunları deyib:

“Bununla kifayətlənmək fikrim yoxdur. Hər gün daha yeni kompozisiyalar üzərində işləyirik. Hər dəfə yeniliklər etməyə çalışıram. Necə deyərlər, özüm özümlə yarışıram”.

aia.az
Geri dön