Ana Sayfa > Siyasət > Adil Əliyev: “Ermənistan prezidentinin yalanları keçmir”

Adil Əliyev: “Ermənistan prezidentinin yalanları keçmir”


26-01-2018, 10:59. Yazar: admin
Adil Əliyev: “Ermənistan prezidentinin yalanları keçmir”




"Ermənistan prezidenti Serj Sərkisyan Fransaya səfər etdi, həm Parisdə bu ölkənin prezidenti Emmanuel Makronla görüşdü, həm də Strasburqa gedərək AŞPA-da çıxış etdi. Onun Parisdə və Strasburqda danışdıqları yalandan başqa bir şey deyildi. Bəlkə Avropada kimlərsə onun yalanlarına inanar, ancaq Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edən, Xocalıda günahsız insanlarımızı vəhşicəsinə qətlə yetirən birisindən "biz sülh istəyirik” sayıqlamasını heç öz ölkəsinin əhalisi ciddi qəbul etməz”.

aia.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev Sərkisyanın Fransa səfərini şərh edərkən deyib. Millət vəkili bildirib ki, Qarabağ üçün sülhün qarşısındakı ən böyük maneə elə Serj Sərkisyanın özüdür.

"Sülh üçün həmin Sərkisyan birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmalıdır, işğal altındakı Şuşada, Laçında, Kəlbəcərdə qeyri-qanuni tikintiləri və məskunlaşdırmanı dayandırmalıdır, valideynlərinin qəbirlərini ziyarət edən iki azərbaycanlı girovu azad etməlidir. Bütün bunları Sərkisyan etmir. Ona görə də Sərkisyan AŞPA tribunasından yalan danışarkən Azərbaycan nümayəndə heyətinin üzvləri hansı cinayətləri törətdiyini onun üzünə dedilər və bunu avropalı deputatlar eşitdilər. İndi 1990-cı illərin əvvəlləri deyil ki, Ermənistan rəsmilərinin və erməni lobbisinin yalanları ayaq tutub yerisin və layiqli cavabını almasın”.

aia.az
Geri dön