Ana Sayfa > İdman > Boks üzrə Azərbaycan çempionatına 39 komanda qatılacaq

Boks üzrə Azərbaycan çempionatına 39 komanda qatılacaq


26-01-2018, 10:58. Yazar: admin
Boks üzrə Azərbaycan çempionatına 39 komanda qatılacaq



Bu gün böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Azərbaycan Boks Federasiyasından aia.az-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 kişi boksçusu qatılacaq.

Döyüşlər saat 14:00-da başlayacaq. Qaliblərin adına isə yanvarın 30-da aydınlıq gələcək.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

aia.az
Geri dön